AZ

Putin və Si Cinpin Pekində danışıqlara başlayıblar

Pekində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında danışıqlar başlayıb. Görüş İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı tədbirlər çərçivəsində keçirilir.

İkitərəfli görüş zamanı Vladimir Putin və Si Cinpin ikitərəfli münasibətləri və beynəlxalq gündəmi müzakirə edəcəklər. Bundan əvvəl liderlər Rusiya-Çin-Monqolustan üçtərəfli sammitində iştirak ediblər.

Qeyd edək ki, Rusiya prezidenti avqustun 31-dən Çində səfərdədir. O, ŞƏT-in Tyantszin sammitində iştirak edib, həmçinin bir sıra görüşlər keçirib. Sentyabrın 3-də Vladimir Putin militarist Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirak edəcək.

Seçilən
15
16
banker.az

10Mənbələr