Türkiyənin Aydın şəhərində dinamitlərin partladılması zamanı 12 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, Aydın şəhərinin Çinə rayonunda devrilmiş dinamit yüklü yük maşının təhlükəsizlik tədbirləri çərçivəsində partladılması zamanı yaralananlardan 2-si jandarma və 1-i polisdir.
Aydın valisi Yaqub Canbolad bildirib ki, xəstəxanaya aparılmış yaralıların vəziyyəti yaxşıdır.