AZ

Aleksander İsak rəsmən “Liverpul”da

İsveç millisinin hücumçusu Aleksander İsakın İngiltərənin “Liverpul” klubuna transferi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə çempionun rəsmi saytı məlumat yayıb. Mersisayd klubu 25 yaşlı forvard üçüb 125 milyon funt sterlinq (təxminən 145 milyon avro) ödəyib.

“Nyukasl” İsakın transferinin Premyer Liqanın tarixinin rekord transfer olduğunu açıqlayıb.

İsak 2022-ci ilin yayından “Nyukasl”da çıxış edirdi. Orada o, 86 oyunda 54 qol vurub və 10 məhsuldar ötürmə edib. “Liverpul”da İsveçli hücumçu 9 nömrəli formada çıxış edəcək.

Seçilən
17
90deqiqe.az

1Mənbələr