ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Əl-Fuceyrədə (BƏƏ) beynəlxalq şahmat festivalı keçirilib.
İdman.biz xəbər verir ki, Aydın Süleymanlı və Məhəmməd Muradlı turnirdə Azərbaycanı əsas "superulduzlar" kateqoriyasında təmsil ediblər.
Turnirin nəticələrinə görə, Süleymanlı 5,5 xalla 11-ci, Muradlı isə 5 xal toplayaraq 14-cü yeri tutub.
Kateqoriyada ümumilikdə 44 şahmatçı iştirak edib. Yarışın qalibi hindistanlı qrossmeyster Pranav olub. Turnirin mükafat fondu 125 min dollar təşkil edib.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.