ain.az, Ayna portalına istinadən məlumat verir.
Rusiya-Finlandiya sərhədi yaxınlığında ABŞ hərbçilərinin iştirak etdiyi təlimlər başlayıb
Rusiya-Finlandiya sərhədi yaxınlığında ABŞ hərbçilərinin iştirak etdiyi hərbi təlimlər başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunları məlumat yayıb.
"Təlimlərdə 900-ə yaxın şəxsi heyət və 150-yə yaxın texnika iştirak edir. Təlimlərdə Kareliya briqadasından əlavə Finlandiya Hərbi Akademiyasının hərbçiləri və ABŞ-dan Virciniya Milli Qvardiyasının bölməsi iştirak edir", - məlumatda qeyd edilib.
Bildirilib ki, “Karelian Citadel 25” təlimləri ölkənin cənub-şərqindəki Kymenlaakso bölgəsində keçirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.