AZ

"Türkiyədə iqtisadi artım ardıcıl 20 rübdür davam edir"

Yazını böyüt
Yazını kiçilt

Türkiyə hökumətinin makroiqtisadi sabitliyə və struktur islahatlara yönəlmiş səyləri zamanın sınağından çıxıb. Son illərdə əldə edilən nailiyyətlər və 2026–2028-ci illəri əhatə edən Orta Müddətli İnkişaf Proqramı ölkə iqtisadiyyatının bünövrəsini daha da möhkəmləndirəcək.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz cari ilin ikinci rübünə dair statistik göstəriciləri şərh edərkən deyib.

Vitse-prezidentin sözlərinə görə, 2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz böyüyüb.

“Regionda və qlobal miqyasda gərginliyin davam etməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı müsbət artımını qoruyur”, – deyə o, vurğulayıb.

Yılmaz əlavə edib ki, hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə orta iqtisadi artım 1,7 faiz, avrozona üzrə isə 1,4 faiz təşkil edib.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə iqtisadiyyatı artıq ardıcıl 20 rübdür böyümə nümayiş etdirir.

Yılmaz həmçinin qeyd edib ki, bu ilin ikinci rübünün nəticələrinə əsasən, Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 1 trilyon 474 milyard dollar, adambaşına düşən ÜDM isə 17 min dollara yaxın olub.

Seçilən
19
4
hafta.az

5Mənbələr