AZ

İsrail atəşkəs təklifini qəbul etməlidir - Misir

Misirin Baş naziri Mustafa Madbuli İsraili Qəzza məsələsində mövcud atəşkəs təklifini qəbul etməyə və müharibənin tam dayandırılması üzrə danışıqlara başlamağa çağırıb.

Axar.az xəbər verir ki, nazir bu barədə Tiençində keçirilən ŞƏT+ iclasında çıxışı zamanı bildirib.

Madbuli qeyd edib ki, Qahirənin mövqeyinə görə, Fələstin-İsrail münaqişəsinin ədalətli həlli yalnız 1967-ci il sərhədləri çərçivəsində vahid Fələstin dövlətinin yaradılması ilə mümkündür.

Qeyd edək ki, avqustun 18-də HƏMAS vasitəçilərin atəşkəs təklifini qəbul etsə də, İsrail avqustun 21-də Qəzza şəhərinin tam nəzarətə götürülməsi planını təsdiqləyib.

Seçilən
13
axar.az

1Mənbələr