AZ

“Vüsal Masallinski” həbs olundu -BMCMİ-dən ƏMƏLİYYAT

Kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev müxtəlif cinayət əməllərində təqsirləndirilərək saxlanılıb.

 

Senzor.az bildirir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

 

V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, V. Nuriyev bundan əvvəl də bir neçə dəfə məhkum edilib.

Seçilən
43
24
senzor.az

10Mənbələr