AZ

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian

Bakı. Trend:

İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətindəAzərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün ÇindəŞanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyəprezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, İran, eyni zamanda, Cənubi Qafqazdaregiondan kənar qüvvələrin istənilən iştirakına qarşıdır.

Pezeşkian bildirib ki, bu əsasda İran qonşu ölkələrləmünasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinəçalışır.

“İran və Türkiyə arasında ticarət dövriyyəsinin artması üçün ikiölkənin bank və gömrük əməkdaşlığının sadələşdirilməsinə ehtiyacvar. İran iki ölkə münasibətlərinin yüksəldilməsi və əməkdaşlığıninkişafı qarşısındakı ehtimal olunan maneələrin aradan qaldırlmasıprosesinin sürətləndirilməsində əməkdaşlıq etməyə hazırdır”, - deyəo qeyd edib.

İran prezidenti deyib ki, İran ölkənin nüvə hüququnun rəsməntanınması əsasında və qarşılıqlı uduş-uduş çərçivəsində ABŞ ilədanışıqlar aparmağa hazırdır. Avropa üçlüyünün öz öhdəlikləriniyerinə yetirmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İranəleyhinə sanksiyalarını bərpa etməyi nəzərdə tutan “snapback”mexanizmini tətbiq etmək hüququ yoxdur. Bu mexanizm tətbiq olunduğuhalda ikitərəfli danışıqlar və qarşılıqlı əlaqələrə zərbədəyəcək.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki,İranın dinc məqsədli nüvə fəaliyyətləri sahəsində qanuni haqqı var.“Snapback” mexanizminin aktivləşməsinin heç bir xeyri yoxdur.

“İki ölkənin birgə əməkdaşlıq ali komissiyasının iclasının tezbir zamanda keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə İranasəfər edəcəyəm”, - deyə o qeyd edib.

Seçilən
91
6
az.trend.az

7Mənbələr