AZ

Aİİ çərçivəsində əməkdaşlıq İran və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafını sürətləndirə bilər - Pezeşkian

Bakı. Trend:

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq İran vəRusiya arasında qarşılıqlı əlaqələrin inkişafını sürətləndirəbilər.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün ÇindəŞanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Rusiyaprezidenti Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, İran və Rusiya arasında uzunmüddətlihərtərəfli strateji əməkdaşlıq sazişi ikitərəfli əməkdaşlığıninkişafına şərait yaradıb.

Pezeşkian deyib ki, İran üçün Rusiya ilə davamlı qarşılıqlıəlaqələr prosesi çox dəyərlidir.

"Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq dairələrçoxtərəflilik ideyasının irəlilədilməsi üçün münasib bazadır", -deyə o qeyd edib.

Görüşdə Rusiya prezidenti Vladimir Putin də bildirib ki, İran vəAİİ arasında sərbəst ticarət sazişinin icra olunması iki ölkəninticarət əməkdaşlığının artmasında diqqəti cəlb edəcək rola sahibolacaq.

Putin əlavə edib ki, iki ölkə İranın dinc nüvə proqramı haqdadavamlı şəkildə qarşılıqlı əlaqələrə sahibdir.

Seçilən
52
2
az.trend.az

3Mənbələr