AZ

Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb

Aqrar Subsidiya Şurası 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ilk dəfə olaraq dəmyə torpaqlarının dincə qoyulması üçün subsidiya verilməyə başlanılacaq, sertifikatlı toxumdan istifadə təşviq ediləcək. Bununla yanaşı Böyük Qayıdış çərçivəsində məskunlaşan əhali 50 faiz artıq subsidiya əldə edəcək.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında intensiv və super-intensiv bağçılıq təşviq ediləcək, intensiv meyvəçiliyə və giləmeyvəçiliyə dəstək davam etdiriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, məhsul subsidiyası siyahısı genişlənəcək.

2026-cı ildə əkin əmsalları və əkin subsidiyasının məbləği ilə qurumun rəsmi səhifəsindən tanış olmaq olar (https://shorturl.at/Ub63B).

Seçilən
107
vergiler.az

1Mənbələr