AZ

Cənubi Koreyadan Şimali Koreyaya jest: SƏSİNİ KƏSDİ

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə 15 ildir səsucaldanları bağlayıb. Hansı ki, bunun vasitəsi ilə “Azadlıq səsi” radiostansiyasının xəbərləri və populyar musiqilər yayımlanırdı.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

“Müdafiə Nazirliyi Koreyalararası hərbi gərginliyin azaldılması səyləri çərçivəsində “Azadlıq Səsi”nin yayımını dayandırıb”, - deyə agentlik bildirib.

Qeyd olunur ki, Cənubi Koreya prezidenti Li Çje Myon iki ölkə arasında əlaqələri bərpa edəcəyini və Pxenyanla dialoqu bərpa edəcəyini vəd etdiyi üçün bu addım Seul tərəfindən bir "barışıq jesti"dir.

Bundan başqa Li Çje Myon dialoq yolu ilə Koreya yarımadasında sülhə nail olacağına söz verib. Onun sözlərinə görə, ən yaxşı strategiya “müharibəsiz qalib gəlmək”dir.

Seçilən
116
publika.az

1Mənbələr