Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.
