AZ

Minsk qrupunun ləğvi: Qarabağ beynəlxalq gündəlikdən çıxarıldı

ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Beləliklə, Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verildi.

De-fakto fəaliyyət göstərməyən Minsk qrupunun de-yure mövcudluğu Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə qalması demək idi və bu, maraqlı qüvvələrin regiona müdaxiləsi üçün istinad riskini saxlayır, həmçinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının perspektivini təmin edirdi.

Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən də tamamilə çıxarılmış oldu. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur.

Asif Nərimanlı

Seçilən
72
50
publika.az

10Mənbələr