Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxıb-çıxmaması ilə bağlı qərarı sırf erməni xalqı verməlidir, eyni zamanda, bütün amillər nəzərə alınmalıdır.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu yaxınlarda Paşinyan deyib ki, eyni zamanda Aİİ və Aİ-nin üzvü olmaq mümkün deyil. Əgər belə bir qərar nə vaxtsa qəbul olunarsa, o zaman əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər nəzərə alınacaq". Toyuqlu pizza
Telegram kanalımız