AZ

Qızıl Aypara Cəmiyyəti Trend İnformasiya Agentliyini 100 illik yubiley medalı ilə təltif edib (FOTO)

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, MərkəziAsiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regiondaaparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,Milli Məclisin deputatı Novruz Aslan Trend İnformasiya Agentliyinindirektoru İlqar Hüseynova Cəmiyyətin 100 illik yubiley medalınıtəqdim edib.

N.Aslan ən xoş arzularla dərin hörmət və ehtiramını ifadəedərək, Trend-i Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylıüzvləri və öz adından 30 illik yubiley münasibətilə təbrikedib.

"Azərbaycan azad sözə plüralizma, əxlaqi-mənəvimaarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlikxəbərlərə olan tələbat Milli mətbuatımız tərəfindən ödənilir.Müstəqil tərəfsiz, qərəzsiz, doğru dürüst informasiyanın operativçatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarındanfərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən «Trendİnformasiya Agentliyi bu illər ərzində oxucuların dərin rəğbətiniqazanıb.

Ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Sizivə kollektivinizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylıüzvləri və şəxsən öz adımdan fəaliyyətinizin 30 illik Yubileyimünasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qloballaşan dünyamızda Elektron Kütləvi İnformasiyavasitələrinin bolluğu şəraitində öz imicini saxlamaq, yeni-yenioxucu cəlb etmək çox çətindir. Lakin, buna baxmayaraq, Sizətrafınıza peşəkar, müasir dünya mediasına inteqrasiya etməyibacaran kollektiv toplamaqla bunun öhdəsindən gəlmiş və Trendİnformasiya Agentliyini daha da inkişaf etdirmisiniz.

Sizin agentliyin keçdiyi şərəfli yol müasir Azərbaycan mediasıtarixində xüsusi çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayanelektron kütləvi informasiya vasitələri üçün bir örnəkdir.

Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Sizin fəaliyyətinizdənəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun xiyasi, iqtisadi,sosial və s. Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xəbərləroperativ olaraq işıqlandırılır və dünya arenasına çıxması üçün biretibarlı mənbə rolunu oynayır.

Fərəhli haldır ki, Sizin 30 illik şanlı Yubileyiniz AzərbaycanMilli Mətbuatının 150 illik Yubileyinin qeyd edildiyi bir vaxtatəsadüf edir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə də Trendİnformasiya Agentliyinin kollektivi daim diqqətlə yanaşır.Fəaliyyətlərimiz mütəmadi olaraq Trend İnformasiya Agentliyisaytında işıqlandırılır. Uzun illər Sizinlə olan əməkdaşlığımızınbariz nümunəsidir ki, respublikada, eləcə də dünyada baş verənhadisələrlə bağlı mənim siyasi təhlillərim mütəmadi olaraq Sizinsaytda işıq üzü görür.

Əminəm ki, qarşılıqlı işgüzar əməkdaşlığımız bundan sonra dahada inkişaf edəcək.

Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətiləürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, millimətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməzenerji və yeni-yeni uğurlar arzulayıram", - o qeyd edib.

Qızıl
Qızıl
Qızıl
Qızıl
Seçilən
125
7
az.trend.az

8Mənbələr