Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı etimad reytinqində ölkə başçısı Volodimir Zelenskini üstələyib.
Bunu ölkənin “Reytinq” sosioloji qrupunun sorğusu sübut edir.
Sorğunun nəticələrinə görə, reytinqə Zalujnı başçılıq edir, respondentlərin 74%-i ona güvənir. Zelenskinin etimad reytinqi isə 68%-dir.
Bununla belə, mümkün prezident seçkisində respondentlərin təxminən 35%-i Zelenskiyə, təxminən 25%-i isə Zalujnıya səs verməyə hazır olduqlarını bildiriblər.
Sorğu avqustun 21-dən 23-dək telefon vasitəsilə aparılıb. Araşdırmada Ukrayna ərazisində yaşayan 1600 respondent iştirak edib.//Oxu.Az