AZ

Sabah 39 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, Şimal-qərb küləyi səhər cənub-şərq küləyi iləəvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Seçilən
78
49
az.trend.az

10Mənbələr