AZ

Premyer Liqa tarixinin ən bahalı transferi oldu 150 milyon ödəniləcək

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Liverpul" isveçli hücumçu Aleksander İsakın transferi ilə bağlı "Nyukasl" klubu ilə razılığa gəlib.

Milli.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilir ki, sözügedən transferin dəyəri 130 milyon funt sterlinq (təxminən 150 milyon avro) təşkil edir. Bu məbləğ İngiltərə Premyer Liqası tarixində yeni rekord sayılır.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqada ən bahalı transfer Florian Verts olmuşdu. Alman futbolçu "Bayer"dən "Liverpul"a 125 milyon avroya keçmişdi.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
news.milli.az

2Mənbələr