AZ

Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb

"Akasya Durağı" serialındakı "Osman Ağa" obrazı ilə tanınan aktyor Cezmi Baskın cinsi zorakılıq iddiaları ilə gündəmə gəlib.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor iddialara cavab verib:
 
"Mənə qarşı irəli sürülən əsassız cinsi qısnama iddiaları məni çox kədərləndirdi. Adımın belə bir iddiada yer alması məni çox sarsıtdı və sevənlərimi üzdü".

İddialara görə, hadisə 2014-cü ildə Baskının baş rolda çəkildiyim "Bizim hoca" filminin Ankara qalasında baş verib. O, cinsi təcavüzün baş verdiyi iddia edilən Ankara premyerasında iştirak etmədiyini, iddialarla bağlı hüquqi proses başladacağını bildirib.
 
 
 

Seçilən
59
1
7news.az

2Mənbələr