AZ

Ölkədə telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartları telekommunikasiya şəbəkələrində enerji səmərəliliyinin artırılmasına, istismar xərclərinin optimallaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları qəbul edilib.

Bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.

Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə tərəfindən konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri” və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.

Seçilən
4
19
ikisahil.az

10Mənbələr