2024/2025-ci illər mövsümünün gümüş mükafatçısı olmuş “Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.
Bakı klubu “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib. Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016-cı illər mövsümündən çıxış etdiyi yüksək dəstədə buna qədər 5 top fərqi ilə qalib gəlməmişdi.
Xatırladaq ki, Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/2016, “Qəbələ”ni 2023/2024, “Kəpəz”i 2024/2025-ci illər mövsümündə 4:0 hesabı ilə məğlub edib.