Yeni tədris ilinin başlamasına az müddət qalıb. Valideynlər övladlarını məktəbə hazırlamaq üçün artıq alış-veriş mərkəzlərinə üz tuturlar. Lakin qiymətlərdə müşahidə olunan artım alıcları narahat edir.
Mia.az "ATV Xəbər”ə istinadən xəbər verir ki, satıcılar vəziyyətdən razı olsalar da, valideynlər qiymətlərin ildən-ilə artmasından gileylənirlər.
“Çantaların qiyməti 15-60 manat aralığındadır. Keçən il 20 manata satdığımız çanta bu il 25 manatadır. Rəngli qələmlərin qiyməti isə 1 manatdan başlayır. 15 manata da rəngli qələmlər var. Məsələn, keçən il 1 manat 20 qəpiyə olan karandaşlar indi 1 manat 80 qəpiyədir”.
Digər satıcı qeyd edib ki, ümumilikdə normal məktəb ləvazimatlarının qiyməti 50 manata başa gəlir: “Yaxşı çantanın da qiyməti 20-25 manatadır. 100 vərəqli dəftərlərin qiyməti 70 qəpikdir. Termosların qiyməti isə 5 manatdan başlayır, 10 manata qədər davam edir”.
Valideynlər qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini bildirirlər. Xüsusilə bir ailədən bir neçə məktəblinin olması məsələni daha da çətinləşdirir: “Çanta aldım. Keçən il 20-25 manat idi, indi isə bir yerdə 40, digərində isə 55 manata satılırdı. Çox bahadır. Hələ ki, 100 manatdan çox pulumuz çıxıb”.
2 övladı üçün məktəbli ləvazimatları alan digər valideyn deyir ki, hələ alış-verişləri tamamlanmayıb, lakin 400 manata qədər pul xərclənib: “Ötən il 500 manatdan çox pulumuz çıxmışdı. Bu il hələ hər şeyi almamışıq”.
Ətraflı videoda: