Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova, 2023-cü il təvəllüdlü C.İsmayılov və 2017-ci il təvəllüdlü Z.İsmayılovdur.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla araşdırma aparılır. (Apa.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta