AZ

Əfqanıstanda güclü zəlzələ olub - Ölənlər var

Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın dağlıq ərazidə baş verən 6 bal gücündə zəlzələdən sonra yüzlərlə insanın öldüyü ehtimal edilir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə yerli rəsmilər məlumat yayıblar.

Güclü zəlzələ Cəlalabad bölgəsində yerli vaxtla gecə yarısı baş verib, lakin onun təsirləri 300 km-dən (186 mil) çox uzaqlıqda olan Pakistanın paytaxtı İslamabadda hiss olunub.

Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzi (GFZ) zəlzələnin 10 km (6,2 mil) dayaz dərinlikdə baş verdiyini bildirib. 

İlkin məlumata görə, indiyədək ən azı 20 nəfərin öldüyü təsdiqlənib. Lakin zəlzələnin ucqar bir kənddə baş verdiyindən daha çox insanın həyatını itirəcəyi ehtimal edilir.

Taliban hökuməti beynəlxalq yardım agentliklərini yardım göstərməyə çağırıb.

Gülayə Mecid 

Seçilən
98
43
unikal.az

10Mənbələr