AZ

Premyer Liqa tarixində rekord transfer: İsak “Nyukasl”dan “Liverpul”a keçdi

BAKI, 1 sentyabr. TELEQRAF

“Liverpul” isveçli hücumçu Aleksander İsakın transferi üçün “Nyukasl”la razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata görə, transferin qiyməti130 milyon funt sterlinqdir (150 milyon avro). Bu da Premyer Liqa üçün rekord məbləğdir.

Bundan əvvəl Premyer Liqa tarixindəki ən bahalı transfer 125 milyon avro qarşılığında “Bayer”dən “Liverpul”a keçən Vlorian Virts olub.

Seçilən
92
2
teleqraf.com

3Mənbələr