Ajans.az xəbər verir ki, bunu İranın kənd təsərrüfatı naziri Qulam Rza Nuri Qəzilcə deyib. "Bu il, fikrimcə, ticarət sövdələşmələrimizin həcmi ən azı 30-35 faiz artacaq", - o, mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, 2024-cü il üçün rəqəmlər təxminən 1,2 milyard dollar olub.

Nazir qeyd edib ki, bu il planlara uyğun olaraq həcm artırılarsa, gələn il bu rəqəmlər 3 milyard dollara çata bilər.