AZ

Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniyanın Qahirədəki (Misir - red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib.

News365.az-ın xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb.

"Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb", - paylaşımda bildirilir.

Misir hakimiyyəti hadisə ilə bağlı hələlik şərh verməyib.

Seçilən
136
17
news365.az

10Mənbələr