AZ

"Qarabağ" həndbolçuları Qazaxıstan millisi ilə heç-heçə edib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə "Qarabağ" komandası Qazaxıstan millisi ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən qarşılaşma 24:24 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, günün ilk matçında OKMK (Özbəkistan) "Astana" (Qazaxıstan) kollektivinə 45:23 hesabı ilə qalib gəlib.

Hər iki qarşılaşma "AHF Arena"da gerçəkləşib.

Seçilən
173
5
90deqiqe.az

6Mənbələr