AZ

“Araz-Naxçıvanın rəqibləri müəyyənləşib

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 7-ci qrupda “Yunayted Qalati” (Rumıniya), “Differdanj” (Lüksemburq) və “Taigers Roermand” (Niderland) klubları ilə mübarizə aparacaq.

Cari mövsümdəki dəyişikliyə əsasən, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək və matçlar ev-səfər prinsipi ilə oynanılacaq. Qaliblər 2 oyunun nəticəsinə əsasən bəlli olacaq.

Sonda 4 komanda final mərhələsində iştirak hüququ qazanacaq. Bu raundun yarımfinalında üstün olan tərəflər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin qarşılaşmalar oktyabrın 26-dan noyabrın 2-dək keçiriləcək.

Konfrans Liqasının püşkü atılıb - FOTO

"Samsunspor"un Konfrans Liqasındakı rəqibləri müəyyənləşib - YENİLƏNİB

AL: "Fənər"in rəqibləri bəlli olub

Avropa Liqası: Liqa mərhələsinin tam siyahısı - YENİLƏNİB

Türkiyə millisinin heyəti bəlli oldu: Gürcüstan və İspaniya matçları üçün

Seçilən
86
7
apasport.az

7Mənbələr