AZ

Premyer Liqa: “Karvan” “Qarabağ”a, “Sabah” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Öncə, “Karvan” Şamaxıda son çempion “Qarabağ”la qarşılaşacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Turun qapanış matçı isə “Sabah”la “İmişli” arasında keçiriləcək. Masazırdakı görüşün baş hakimi Fərid Hacıyev olacaq.

Premyer Liqa
3-cü tur

29 avqust

“Sumqayıt” – “Şamaxı” 1:1
Qollar: Rikardo Apolinario, 63-öz qapısına – Edqar Adilxanov, 75.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

“Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Roberto Olabe, 6.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Neftçi Arena”, 20:30.

30 avqust

“Zirə” – “Kəpəz” 5:0
Qollar: Qismət Alıyev, 13. İssa Cibrila, 32. Martins Junior, 37. Yeqor Boqomolski, 71. Davit Volkov, 85.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

“Araz-Naxçıvan” – “Qəbələ” 2:1
Qollar: Ba-Muaka Simakala, 30. Felipe Santos, 33 – Adriel Ba Lua, 9.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
“Dalğa Arena”, 20:30.

31 avqust

“Karvan” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.

“Sabah” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 19:30.

Seçilən
60
3
arena.az

10Mənbələr