AZ

Tramp fikrini dəyişdi: Hindistana getməyəcək

ABŞ Prezidenti Donald Tramp bu ilin payızında keçiriləcək QUAD sammiti (Dördtərəfli Təhlükəsizlik Dialoqu) üçün Hindistana səfərini ləğv edib.

Demokrat.az xəbər verir ki, bu barədə "New York Times" dövlət başçısının iş qrafiki ilə tanış olan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Tramp Hindistanın Baş naziri Narendra Modini sammitdə iştirak etmək niyyəti barədə məlumatlandırıb, lakin sonra planlarını yenidən nəzərdən keçirib.

Bu qərarın səbəbləri açıqlanmır.

Seçilən
107
3
demokrat.az

10Mənbələr