GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə Superliqasında 4-cü turun oyunları keçirilir.
Globalinfo.az xəbər verir ki, son çempion “Qalatasaray” doğma azarkeşləri önündə “Rizespor”u qəbul edib.
“Cim-bom” Sançes (20), Osimhen (65) və İkardinin (90+2) qolları ilə növbəti 3 xalı təmin edib. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar: Matçın 73-cü dəqiqəsində Vareşanoviç fərqi azaldıb – 3:1.
Beləliklə də, sarı-qırmızılı komanda çempionatda 4-cü ardıcıl qələbəsini qazanıb.
Hazırda “aslanlar” 12 xalla turnir cədvəlinə başçılıq edirlər. Rize təmsilçisi isə aktivindəki 1 xalla 16-cıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.