AZ

Bundesliqa: Bavariya 3 xalı 3 qolla aldı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Almaniya Bundesliqasının 2-ci turunda hazırkı çempion Münhen "Bavariya"sı səfərdə "Auqsburq"la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, matç qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar Serj Qnabri, Luis Diaz və Maykl Olisenin qolları sayəsində önə keçiblər. Lakin ev sahibləri Kristian Cakic və Mert Kömürün sayəsində bu qollardan ikisinin əvəzini çıxmağı bacarıblar - 2:3.

Beləliklə də, "Bavariya" yeni Bundesliqa mövsümünün başlanğıcında ardıcıl ikinci qələbəsini qazanıb və 6 xalı var. "Auqsburq" isə 1 qələbə və 1 məğlubiyyətlə 3 xala sahibdir.

Növbəti turda Vinsent Kompaninin yetirmələri doğma meydanda "Hamburq"la qarşılaşacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
oxu.az

3Mənbələr