Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Futbol üzrə İspaniya çempionatının "Alaves" - "Atletiko" matçında azarkeşin təcili tibbi yardıma ehtiyacı olduğu üçün oyun yarımçıq dayandırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qarşılaşmada 60-cı dəqiqədə, hesab 1:1 ikən fasilə yaranıb.
Tibb işçiləri azarkeşə tribunada ilkin tibbi yardım göstərib, onun vəziyyəti barədə məlumat verilmir.
11 dəqiqə sonra oyun davam etdirilib və ikinci hissəyə 15 dəqiqə əlavə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.