Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı 67 yaşlı qadın xəsarəti alıb, 8 baş iribuynuzlu heyvan tələf olub.
“Qafqazinfo”nun xəbərinə görə, yanğın hadisəsi rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda baş verən yanğın zamanı yanğınsöndürənlər hadisə yerinə gələn müddətə kimi yanğını söndürməyə çalışan 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Tövlənin çardağına yığılmış 16 ton ot kipindən 8 tonu və tövlənin içində olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları yanğını söndürərək tövlədə olan digər heyvanların tələf olmasının və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
10Mənbələr
-
news24.azAğcabədidə yanğın: bir nəfər xəsarət aldı, 8 inək tələf oldu - FOTOLAR ( 20854813)
-
sitat.infoAğcabədidə YANĞIN - Xəsarət alan var ( 20857504)
-
far.azAğcabədidə fərdi təsərrüfatda yanğın olub, xəsarət alan var ( 20857348)
-
konkret.azAğcabədidə yanğın: Heyvanlar tələf oldu, xəsarət alan var ( 20857153)
-
milli.azAğcabədidə yanğın: heyvanlar tələf oldu, xəsarət alan var ( 20856634)
-
news365.azAğcabədidə fərdi təsərrüfatda yanğın olub ( 20856325)
-
manset.azAğcabədidə güclü YANĞIN - Yaralı var ( 20855824)
-
demokrat.azAğcabədidə yanğın, heyvanlar tələf oldu, qadın xəsarət aldı ( 20855587)
-
cebheinfo.azAğcabədidə yanğın: Heyvanlar tələf oldu, qadın xəsarət aldı - VİDEO ( 20855368)
-
Ajans.azAğcabədidə fermada güclü yanğın: Xəsarət alan var ( 20855161)