AZ

Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq

Bakı. Trend:

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Başdanışıqçısı Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma vəiqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti iləqardaş ölkəyə səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, səfərçərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin “İkiillikŞəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinciİkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstəklayihəsi” çərçivəsində Ankarada təşkil olunan seminarın açılışındaçıxış edib. O, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıbvə Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqlarıİkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsindəAzərbaycan Sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isəilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb.O, həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyidəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin FəaliyyətGündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platformasıgələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarınınhazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstəkgöstərəcək.

Səfər zamanı Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit,şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank,xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz,Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Erenilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqlim gündəliyindəduran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizətədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri,iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgəfəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb.Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətinməmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdəatılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKAilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıqməsələləri nəzərdən keçirilib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
99
3
az.trend.az

2Mənbələr