Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib, lakin onların adları açıqlanmayıb.
Avqustun 29-da İsrail Müdafiə Ordusu Yəməndə husilərin baş qərargah rəisi və müdafiə nazirinin yerləşdiyi hərbi obyektə zərbə endirdiyini təsdiqləyib.
"Cebheinfo.az"