AZ

Türkiyəli təqaüdçünün qeyri adi kolleksiyası FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

İzmirli təqaüdçü mühəndis Ünal Çınar (69) 1886-cı ildən bu günə qədər istehsal olunmuş təxminən 3 min kolonya şüşəsi kolleksiyası yaradıb.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 25 il əvvəl dostundan hədiyyə aldığı bir kolonya şüşəsi ilə kolleksiyaçılığa başlayan Çınarın hazırda 160-dan çox müxtəlif kolonya növü var. O, nadir nümunələri illər ərzində şəhər-şəhər gəzərək antik mallar satılan bazarlarından toplayıb.

 

Çınarın kolleksiyasında İzmirin “altın damla”sı, Balıkəsirin “ağ zanbaq” və “çam” kolonyaları, Düzcənin “tütün” kolonyası ilə yanaşı, gəmi və at arabası fiqurlu şüşələr də mövcuddur.

Ən qədim nümunəsi 1886-cı ilə aid lavanda kolonyasıdır. Onun sözlərinə görə, dünyada yalnız 3 ədəd qalmış xüsusi Atatürk kolonyası qutusu da kolleksiyasında yer alır.Ünal Çınar illərlə topladığı bu kolleksiyanı gələcəkdə muzeydə sərgiləməyi arzulayır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
bizim.media

10Mənbələr