AZ

Dünyanın ən varlı sənətkarı açıqlandı: Sərvətə baxın...

ain.az, News24 portalına istinadən məlumat verir.

“Forbes” jurnalı dünyanın ən varlı sənətkarının adını açıqlayıb. 

News24.az xəbər verir ki, siyahının zirvəsində amerikalı reper Cey-Z (əsl adı Şon Karter) qərarlaşıb. Onun sərvəti 2,6 milyard dollar dəyərində qiymətləndirilir.

“Forbes” xatırladır ki, Cey-Z 2019-cu ildə hip-hop tarixində ilk milyarder olmuşdu. Sonrakı illərdə, xüsusilə içki biznesindən əldə etdiyi gəlirlər hesabına sərvətini iki dəfədən çox artırıb.

2021-ci ildə isə nəhəng “LVMH” şirkəti onun “Armand de Brignac” şampan evinin 50%-lik payını satın almışdı.

Reperin sərvətinə həmçinin Jean-Michel Basquiatın əsərləri, musiqi kataloqu, eləcə də Blockchain və Uber şirkətlərindəki payları daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
3
news24.az

4Mənbələr