"Qələbə seriyası bitsə də, nəticədən razı qaldıq”.
Offsideplus.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Saşa İliç "Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis oyunun çətin keçdiyini vurğulayıb: “Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci hissədə işlər mənim istədiyim kimi getmədi.
Bəzən yaxşı müdafiə də qol buraxır. Bu gün də adi bir vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə bəzi problemlərimiz oldu. Bu da əsasən uzun ötürmələrlə bağlı idi. Top ünvana çatmırdı”.
Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.