AZ

Qəzzada ölənlərin sayı 63 mini keçdi



İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı 63 mini keçib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkcə son 24 saatda təşkil edilən hücumlarda həlak olan fələstinlilərin sayı 59 nəfər artıb. 182 nəfər isə yaralanıb.

Həmçinin bildirilib ki, mayın 27-dən bəri İsrailin ABŞ-ın rəhbərlik etdiyi yardım paylama məntəqələri adlanan yerləri hədəf alan sistematik hücumlarında həlak olan və 16 228 fələstinli yaralanıb.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 63 025 nəfərə, yaralıların sayının isə 159 490 nəfərə yüksəldiyi bildirilir.

Anar Əliyev
Seçilən
203
8
newscenter.az

10Mənbələr