AZ

Paşinyan Yaponiyaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 4-də Yaponiyaya iki günlük işgüzar səfərə gedəcək.

Azreform.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tokio səfəri çərçivəsində Ermənistan və Yaponiya baş nazirləri Nikol Paşinyan və Şiqeru İşiba arasında görüş planlaşdırılır.

Sentyabrın 5-də Paşinyan Osakada “Expo 2025” sərgisi çərçivəsində keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Mürtəza

Seçilən
58
3
azreform.info

4Mənbələr