Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26avqust 2025-ci ildə Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə”telekanalına verdiyi müsahibə həm regional, həm də beynəlxalqmiqyasda böyük maraq doğurmuşdur. Bu müsahibə yalnız Azərbaycanınxarici siyasət kursunun əsas istiqamətlərini təqdim etməkləkifayətlənməmiş, eyni zamanda ölkənin Cənubi Qafqazda artan rolunuvə beynəlxalq münasibətlərdə mövqeyini bir daha nümayişetdirmişdir.
Müsahibənin ən mühüm tərəflərindən biri Prezident İlham ƏliyevinErmənistanla aparılan sülh prosesinə verdiyi əhəmiyyətli mesajlaridi. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Azərbaycan sülhünbərqərar olunması üçün əsas təşəbbüskar tərəfdir və regionungələcək inkişafı məhz bu razılaşmaların uğurla həyatakeçirilməsindən asılıdır. Ermənistanın konstitusiyasınadüzəlişlərin zəruriliyi məsələsi Azərbaycanın ərazi bütövlüyününtanınmasının vacibliyini ortaya qoyur. Bu isə beynəlxalqictimaiyyətə Azərbaycanın sülhsevər, lakin prinsipial mövqeyininümayiş etdirir.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və Araz marşrutubarədə verdiyi açıqlamalar müsahibənin strateji əhəmiyyətini dahada artırdı. Bu layihələr regionda kommunikasiya əlaqələrininbərpasına, yeni iqtisadi körpülərin qurulmasına xidmət edir.Xüsusilə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsihəm ölkədaxili iqtisadi inkişaf, həm də beynəlxalq tranzitmarşrutlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsbedir.
“Əl-Ərəbiyə” kimi nüfuzlu ərəb telekanalına müsahibə verməkAzərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinin gücləndirilməsibaxımından mühüm addımdır. Prezidentin çıxışı ərəb dünyasınabirbaşa ünvanlanmış mesaj idi və bu, Azərbaycanın müsəlman ölkələriilə birliyi, həmrəylik prinsiplərinə sadiqliyinin göstəricisi oldu.Eyni zamanda, müsahibə Azərbaycanın enerji, iqtisadi əməkdaşlıq vətəhlükəsizlik sahələrindəki mövqelərinin ərəb ictimaiyyətinəçatdırılmasına imkan yaratdı.
Müsahibədə Azərbaycanın keçmişinə dair edilən açıqlamalar,xüsusilə 1920-ci ildə Sovet işğalının qeyd olunması, Azərbaycanıntarixi ədalət uğrunda mübarizəsini bir daha gündəmə gətirdi. Bu,həm də ölkənin müstəqillik, suverenlik və milli maraqlar mövzusundagüzəştə getməyəcəyinin açıq mesajı idi.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” telekanalına müsahibəsiAzərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini gücləndirənəhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bu müsahibə birtərəfdən Cənubi Qafqazda sülh və əməkdaşlıq çağırışlarını gündəməgətirdi, digər tərəfdən isə Azərbaycanın regional layihələrdə lidermövqeyini təsdiqlədi. Ən əsası, müsahibə beynəlxalq ictimaiyyətəAzərbaycanın həm regional sabitlik, həm də qlobal enerjitəhlükəsizliyində mühüm rol oynadığını bir daha göstərdi.
Milli Məclisin deputatı,
Əminə Ağazadə