2025-ci il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529.4 milyon manat təşkil edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.9% və ya 80.3 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 16.7% və ya 75.7 milyon manat artıb.