Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları agentliyə daxil olan müraciət əsasında Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, Firus Vilayət oğlu Əliyevə məxsus “Şəhla” baytarlıq aptekində yoxlama keçirib.
Hafta.az xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilib.
Məlumata görə, baxış zamanı aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb. Preparatların saxlanma temperaturuna riayət edilmədiyi və içlik vərəqlərində Azərbaycan dilində məlumatların olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş preparatlar satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.