Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən və yaxın qonşu marketlər şəbəkəsi olan “OBA” marketlər şəbəkəsi ötən ay kommunikasiya sahəsində mühüm addım ataraq “OBA life” sosial media səhifələrini istifadəyə verib.
Operativ Media xəbər verir ki, artıq 1 aydan çoxdur ki, bu səhifələrdə “OBA” əməkdaşlarının gündəlik fəaliyyəti, şirkətin korporativ dəyərlər və iş mühiti izləyicilərə daha yaxından tanıdılır.
“OBA life” həmçinin iş mühitinin real və əyləncəli tərəflərini nümayiş etdirir, eyni zamanda potensial işaxtaranlar üçün açıq vakansiyalar barədə məlumat mənbəyi rolunu oynayır.
Qeyd edək ki, bu cür “life səhifələri” müasir şirkətlərdə işəgötürən brendini gücləndirmək və ictimaiyyətlə şəffaf, dinamik əlaqə qurmaq baxımından qəbul olunmuş effektiv kommunikasiya vasitəsidir.
Siz də “OBA life” səhifələrinə qoşularaq yenilikləri izləyə bilərsiniz:
* Instagram kanalı
* Facebook kanalı
* LinkedIn kanalı
* TikTok kanalı
* YouTube kanalı
* WhatsApp kanalı
Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC bu gün ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməkdədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta