AZ

Fövqəladə Hallar Nazirliyi sərhədçilərlə hazırlıq tədbiri təşkil etdi

Fövqəladə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda təlim keçirilib.Bu barədə Ulusum.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və hərbi hissənin şəxsi heyəti iştirak edib.Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən "zərərçəkmişlər" xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək onlara "təxirəsalınmaz ilkin yardım" göstərilib, eyni zamanda qəza zamanı yaranan "yanğın" qısa zamanda söndürülüb.

Diqqət Çəkənlər

Zelenski Çin və Macarıstanı Rusiyaya təsir etməyə çağırdı

Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ

Nutrisioloq faydalı və zərərli bişirmə üsullarını açıqladı

Seçilən
37
ulusum.az

1Mənbələr