AZ

Kür çayında kişi meyiti tapılıb

Salyan, 29 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Aşkarlanan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon Şöbəsi üzrə təhvil verilib. Onun şəxsiyyəti müəyyənləşdirilib və Salyan şəhər sakini 87 yaşlı Əbülfəz İbrahimov olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Seçilən
24
4
azertag.az

5Mənbələr