AZ

Avropa Alyaska müəmmasından baş aça bilmir

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Atlantic” jurnalı belə məlumat yayıb.

“Avropalı rəsmilər deyirlər ki, Putinin bağlı qapılar arxasında amerikalılara nə vəd etdiyi və amerikalı rəsmilərin Moskva ilə müzakirələrdən nəyi özləri ilə apardıqları onları qayğılandırır”, - materialda deyilir.

Nəşrin yüksək vəzifəli avropalı həmsöhbətlərindən biri qeyd edib ki, Avropa üçün Rusiya və ABŞ arasındakı razılaşmalar onların qurmağa çalışdıqları“tamaşa”olaraq qalır.

Xatırladaq ki, avqustun əvvəlində Rusiya prezidenti Vladimir Putin Kremldə Amerika lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb. Danışıqlardan sonra Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Uitkoff Ukrayna məsələsi ilə bağlı müəyyən siqnallar alıb və Ağ Ev rəhbərinincavablarını da Moskvaya çatdırıb.

Avqustun 15-də isə Alyaskadakı hərbi bazada Trampla Putin arasında görüş baş tutub. Danışıqlar təxminən üç saat davam edib və müxtəlif formatlarda baş tutub:əvvəlcə əsas görüş yerinə gedən yolda Amerika prezidentinin limuzinində üz-üzə, sonra dar çərçivəli “üç-üç” formatında.

Danışıqların yekunu olaraq ABŞ və Ruisya prezidentləri görüşü müsbət qiymətləndiriblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
57
2
azvision.az

3Mənbələr